Bakıda rüşvət alan vəzifəli şəxs həbs edildi

“Dövlət Nəzarət Təhlükəsizlik Departamenti” MMC-nin, habelə həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə daxil olmuş vətəndaşların müraciətləri əsasında araşdırmalar aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, ilkin araşdırmalarla MMC-nin işçilərinin özbaşına müxtəlif dövlət orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının xüsusi geyim formalarından istifadə etməklə, özlərini həmin dövlət qurumlarının əməkdaşları kimi təqdim edib ayrı-ayrı sahibkarlıq subyektlərində yoxlama və digər tədbirlər adı altında qanunsuz hərəkətlər törətmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla yanaşı, MMC-nin təsisiçisi və faktiki rəhbəri, habelə həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyən Sahib Hüseynovun Sumqayıt şəhər sakinləri Elvin Əliyevi və Elbəy Allahverdiyevi təsisçisi olduğu “Dövlət Nəzarət Təhlükəsizlik Departamenti” MMC-yə mütəxəssis vəzifəsinə işə götürməyə görə həmin Cəmiyyətin mütəxəssisi vəzifəsində işləyən öz qardaşı Hüseynov Ruslan Vahid oğlu vasitəsilə Elvin Əliyevdən 2 min manat, Elbəy Allahverdiyevdən isə 700 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, bundan sonra qəbul etdiyi əmrlərlə həmin şəxsləri xüsusi geyim forması ilə təmin etməklə qeyd edilən şirkətdə mütəxəssis vəzifəsinə təyin etməsinə, daha sonra törətmiş olduğu həmin cinayət əməlini pərdələmək məqsədi ilə işə yeni qəbul edilmiş sözügedən işçilərin xidməti geyim forması, ixtisartırma və digər cari xərcləri ilə bağlı onlarla özü arasında saxta müqavilə bağlamasına və bu yolla da MMC-yə rüşvət qismində aldığı 2700 manat pulun ödənilməsi barədə həmin müqavilənin məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək təsdiq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hallarla bağlı fakta görə Baş İdarədə Cinayət Məcələsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (Rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında S.Hüseynov Cinayət Məcəlləsinin 311.3.2 (Təkrar törədilməklə rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin, habelə “Dövlət Nəzarət Təhlükəsizlik Departamenti” MMC-nin əməkdaşlarının özünü dövlət qurumlarının vəzifəli şəxsləri kimi təqdim etməkə qanuni mənafelərini pozmuş olduqları sahibkarlıq subyektlərinin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BakuCity.az

Bakı rüşvət həbs vəzifəli şəxs
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
110 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
“CinemaPlus”da möhtəşəm “Bayraq Günü” Noyabrın 9-da Azərbaycanda “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” bayramı qeyd olunur. “CinemaPlus” Premium-klass kinoteatrı bu günün şərəfinə paytaxtda möhtəşəm parad təşkil edib. Kinoteatrdan Bakucity.az-a verilən məlumata görə,  kinoteatrın əlində bayraqları olan işçiləri “Baku Band” orkestrinin müşayiəti ilə “Gənclik Mall” ticarət mərkəzini gəziblər və milli mahnılar səsləndiriblər: "Alış-veriş mərkəzinə...
Cəmiyyət
Liftlər quraşdırılacaq Paytaxtın "Şamaxinka" adlanan ərazisində tıxacın qarşısını almaq məqsədilə salınan yerüstü keçiddə eskalatorlar olmayacaq. BakuCity.az məlumat verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Baku.ws-ə bildirib. O deyib ki, yerüstü keçidin inşasının başa çatması bu ilin sonu, gələn ilin əvvəlinə nəzərdə tutulub: "Həmin yerüstü keçiddə eskalatorların quraşdırılması nəzərdə tutulma...
Mədəniyyət
Azərbaycanı beynəlxalq yumor arenada təmsil edən yeganə komandadır Noyabrın 9-da Ukraynanın paytaxtı Kiyevdə Liqa Smexa Qış Kuboku keçirilib. BakuCity.az xəbər verir ki, “Liqa Smexa” yarışmasında Azərbaycanı təmsil edən yeganə “Как по Маслу” komandası 2019-cu il Liqa Smexa mövsümünün “Ən yaxşı səhnəciyi”nə görə kubok alıb. Bu kubok Azərbaycan yumorunun şanlı tarixinə düşəcək, çünki ölkəmizin bu yarışmada qazandığı ilk kubokdur. Xatırladaq ki, “Как по Маслу...
Siyasət
Piketdə 15 nəfər iştirak edib Bakıda qanunsuz piket keçirməyə cəhd edənlərin hüquqazidd əməllərinin qarşısı alınıb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) BakuCity.az-a verilən məlumata görə, Müsavat Partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə uyğun olaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının...
Cəmiyyət
Həftədə iki dəfə uçuş olacaq Rusiya şirkəti Azərbaycana uçuşlar həyata keçirməyə başlayır. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, “Smartavia” aviaşirkəti 2019-2020-ci ilin qış aylarında Peterburqdakı “Pulkovo” aeroportundan dörd yeni istiqamətə - Bakı, İjevsk, Rostov və Ufaya daimi reyslər açacaq. “Smartavia” təyyarəsi Azərbaycan paytaxtına həftədə iki dəfə uçuşlar təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Sumo, güləş və dron yarışları da keçiriləcək Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində (“BakuTel-2019”) ilk dəfə olaraq “Robopark” təşkil olunacaq. BakuCity.az “APA-Economics”ə istinadən məlumat verir ki, “Robopark” çərçivəsində ən yeni və son robot modelləri nümayiş olunacaq. Onların sırasında Las-Veqasdan “Pepper Humanoid” robotu, robot-rəssam, 6 metrlik uçan astronavt və robo...
Hakimiyyət
"İcra başçıları peşəkar, bilikli olmalıdırlar" Azərbaycan Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edib. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib ki, ölkəmizdə kadr islahatları davam edir. Kadr...
Mədəniyyət
Qəzəllər "YouTube"a yüklənəcək Bakıda "Kitab Evi" İctimai Birliyinin reallaşdırdığı “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” layihəsi çərçivəsində “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitabın və qəzəllərin səsləndirildiyi audiodiskin təqdimatı keçirilib.  BakuCity.az xəbər verir ki, təqdimatda alimlər, şairlər, yazıçılar və media nümayəndələri iştirak ediblər. Təqdimat şairin Azərbaycan oxucusu üçün yeni olan qəzəllərində...
Hakimiyyət
"Əlimdən gələni əsirgəməməyə çalışacağam" "İcra başçısı təyin olunacağımı gözləmirdim. Mənim üçün də gözlənilməz oldu. Cənab Prezidentə təşəkkür edirəm ki, məni bu vəzifəyə təyin etdi”. BakuCity.az xəbər verir ki, bu fikirləri Modern.az-a Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən deputat Elşad Həsənov deyib. O bildirib ki, iş fəaliyyəti barədə indidən nəsə deyə bilməz: "İcra başçısı olaraq iş fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, bunu özünü...