Prezidentdən Bakı yolları ilə bağlı tapşırıq: "Torpaq yollar olmamalıdır"

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edib.

BakuCity.az-ın məlumatına görə, yol tikintisinin Azərbaycanda geniş vüsət aldığını deyən dövlət başçısı deyib ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir:

“Bu il, eyni zamanda, şəhərlərarası yolların çəkilişinə və kənd yollarının tikintisinə vəsait nəzərdə tutulub. O cümlədən son dəfə mən sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına da diqqət yetirilsin. Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır, yeni yollar çəkilməlidir. Bəzi yerlərdə hələ torpaq yollar mövcuddur. Torpaq yollar olmamalıdır. Qəsəbədaxili yollara asfalt vurulmalıdır”.

İlham Əliyev vurğulayıb ki, qəsəbədaxili yollara da mütləq fikir vermək lazımdır:

“Bu yaxınlarda Kürdəxanı qəsəbəsinin yolları demək olar ki, tam həcmdə təmir olunub. Bu gözəl nümunə bütün qəsəbələrdə öz əksini tapmalıdır”.

Məruzə edən Saleh Məmmədov isə bildirib ki, bu il Bakının qəsəbələrində 242 kilometr daxili yollar asfaltlanaraq tam istifadəyə verilib:

“İndi həmin qəsəbələrin əhalisi çox rahat yollardan istifadə edirlər. Bundan əlavə, ilin sonunadək qəsəbələrdə daha 57 kilometr yolun çəkilişi başa çatdırılacaq. Yəni, biz Sizin tövsiyənizlə qəsəbədaxili müasir yolların uzunluğunu bu il təqribən 300 kilometrə çatdıracağıq. Buna da Sizin tərəfinizdən vəsait ayrılmışdır. Biz çalışırıq ki, ayrılmış vəsait hesabına həmin yolların çəkilişini yüksək səviyyədə başa çatdıraq”.

BakuCity.az

İlham Əliyev Bakı yollar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Ermənilər növbəti təxribatlarına əl atıblar. Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışır. Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, “Telegram” və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında v...
Cəmiyyət
Azərbaycan ordusu Zəngilan şəhəri və rayonun 6, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndini işğaldan azad edib.  BakuCity.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev televiziya ilə xalqa müraciətində deyib. Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri. Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri. Xocavənd rayonu: Ağcakənd,...
Cəmiyyət
İşğalçı Ermənistan tərəfi Qarabağda gedən döyüşlərdə Azərbaycana məğlub olduğunu bir daha etiraf edib. BakuCity.az xəbər verir ki, Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan öz feysbuk hesabında geri çəkildiklərini bildirib: “Geri çəkilmə məğlubiyyət deyil, 1918 və 1941-ci ildə də bir geriçəkilmə var idi. 1992-ci ildə də eyni geri çəkilmə baş vermişdi”. BakuCity.az
Cəmiyyət
İgidlərimizi siz də tanıyın. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən şəhər və kəndlərimiz Ermənistan silahlı qüvvələrindən təmizlənib və həmin ərazilər bölmələrimizin tam nəzarəti altındadır. Azər...
Cəmiyyət
Az sonra Prezident İlham Əliyevin xalqa müraciəti olacaq. BakuCity.az xəbər verir ki, bu haqda məlumat AZTV-də yayımlanıb. Çıxış bütün telekanallarda yayımlanacaq. BakuCity.az
Ekologiya
Bakıda oktyabrın 21-də gözlənilkən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyi...
Cəmiyyət
“Xəyallarımız puç oldu…” Ermənistan baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib. BakuCity.az xəbər verir ki, Mariam "Facebook” profilində pessimist notda yazdığı status erməni istifadəçilərdə ciddi narazılıq yaradıb. Ermənistan mətbuatı artıq baş nazirin ailəsinin belə bir bədbin ab-havada olmasını müzakirə mövzusuna çevirib. Ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadə...
Cəmiyyət
“Tarixin axınının dəyişdiyi günlərdən keçirik”. BakuCity.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.  Mustafa Şentop bildirib ki, insanlıq yeni arayışlar içərisindədir: “İkili standartlardan uzaq, bütün insanların bərabərliyinə dayanan dünyanın qurulması gərəkir. Dünyanın geopolitik və ekonomik nizamı sürətli şəkildə Asiyaya axır. Bəzi siyasət alimləri tərəfindən 21-ci əsr “Asiya əsri...
Cəmiyyət
"Xudafərin" hidroqovşağının əhəmiyyəti. Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. BakuCity.az xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib. P.Şahbazov bildirib ki, eyni zamanda “Azərbaycan Respublikası Hökuməti ilə...