Prezident məşhur tarzənə Bakıda mənzil verdi

Prezident İlham Əliyev Xalq artisti Fikrət Verdiyevi Bakıda mənzillə təmin edib.

BakuCity.az xəbər verir ki, bu barədə sənətkarın həyat yoldaşı, məşhur xanəndə, muğam ustası Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva sosial şəbəkədə yazıb.

O qeyd edib ki, hər zaman sənətə, sənətkara dəyər verərək xalqın sevgisini, rəğbətini qazanmış Prezident İlham Əliyev Azərbaycanın Xalq artisti, tarzən, 50 il əvvəl Gəncədə "Göygöl" ansamblının yaradıcısı və Gəncə Dövlət Filarmoniyasının yaranmasında müstəsna xidmətləri olan Fikrət Verdiyevi Bakı şəhərində möhtəşəm mənzillə təmin edib:

“Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk!”

BakuCity.az

Bakı tarzən mənzil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
9 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Liftlər quraşdırılacaq Paytaxtın "Şamaxinka" adlanan ərazisində tıxacın qarşısını almaq məqsədilə salınan yerüstü keçiddə eskalatorlar olmayacaq. BakuCity.az məlumat verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Baku.ws-ə bildirib. O deyib ki, yerüstü keçidin inşasının başa çatması bu ilin sonu, gələn ilin əvvəlinə nəzərdə tutulub: "Həmin yerüstü keçiddə eskalatorların quraşdırılması nəzərdə tutulma...
Mədəniyyət
Azərbaycanı beynəlxalq yumor arenada təmsil edən yeganə komandadır Noyabrın 9-da Ukraynanın paytaxtı Kiyevdə Liqa Smexa Qış Kuboku keçirilib. BakuCity.az xəbər verir ki, “Liqa Smexa” yarışmasında Azərbaycanı təmsil edən yeganə “Как по Маслу” komandası 2019-cu il Liqa Smexa mövsümünün “Ən yaxşı səhnəciyi”nə görə kubok alıb. Bu kubok Azərbaycan yumorunun şanlı tarixinə düşəcək, çünki ölkəmizin bu yarışmada qazandığı ilk kubokdur. Xatırladaq ki, “Как по Маслу...
Siyasət
Piketdə 15 nəfər iştirak edib Bakıda qanunsuz piket keçirməyə cəhd edənlərin hüquqazidd əməllərinin qarşısı alınıb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) BakuCity.az-a verilən məlumata görə, Müsavat Partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə uyğun olaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının...
Cəmiyyət
Həftədə iki dəfə uçuş olacaq Rusiya şirkəti Azərbaycana uçuşlar həyata keçirməyə başlayır. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, “Smartavia” aviaşirkəti 2019-2020-ci ilin qış aylarında Peterburqdakı “Pulkovo” aeroportundan dörd yeni istiqamətə - Bakı, İjevsk, Rostov və Ufaya daimi reyslər açacaq. “Smartavia” təyyarəsi Azərbaycan paytaxtına həftədə iki dəfə uçuşlar təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Sumo, güləş və dron yarışları da keçiriləcək Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində (“BakuTel-2019”) ilk dəfə olaraq “Robopark” təşkil olunacaq. BakuCity.az “APA-Economics”ə istinadən məlumat verir ki, “Robopark” çərçivəsində ən yeni və son robot modelləri nümayiş olunacaq. Onların sırasında Las-Veqasdan “Pepper Humanoid” robotu, robot-rəssam, 6 metrlik uçan astronavt və robo...
Hakimiyyət
"İcra başçıları peşəkar, bilikli olmalıdırlar" Azərbaycan Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edib. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib ki, ölkəmizdə kadr islahatları davam edir. Kadr...
Mədəniyyət
Qəzəllər "YouTube"a yüklənəcək Bakıda "Kitab Evi" İctimai Birliyinin reallaşdırdığı “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” layihəsi çərçivəsində “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitabın və qəzəllərin səsləndirildiyi audiodiskin təqdimatı keçirilib.  BakuCity.az xəbər verir ki, təqdimatda alimlər, şairlər, yazıçılar və media nümayəndələri iştirak ediblər. Təqdimat şairin Azərbaycan oxucusu üçün yeni olan qəzəllərində...
Hakimiyyət
"Əlimdən gələni əsirgəməməyə çalışacağam" "İcra başçısı təyin olunacağımı gözləmirdim. Mənim üçün də gözlənilməz oldu. Cənab Prezidentə təşəkkür edirəm ki, məni bu vəzifəyə təyin etdi”. BakuCity.az xəbər verir ki, bu fikirləri Modern.az-a Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən deputat Elşad Həsənov deyib. O bildirib ki, iş fəaliyyəti barədə indidən nəsə deyə bilməz: "İcra başçısı olaraq iş fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, bunu özünü...
Siyasət
Polis bölməsinə aparılıb Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb. BakuCity.az xəbər verir ki, bu barədə jurnalistlərə partiyanın Aparat rəhbəri Gülağa Aslanlı deyib. O bildirib ki, A.Hacılı bu gün partiyanın ofisinə gedərkən 8-ci mikrorayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. A.Hacılının polis bölməsinə aparıldığını bildirilir. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısınd...