Bakıda bu ünvanlarda qaz olmayacaq - YENİLƏNİB + SİYAHI

Bakıda bu ünvanlarda qaz olmayacaq - YENİLƏNİB + SİYAHI

Bakıda iki yanacaqdoldurma məntəqəsi qaz təchizatı mənbəyinə qoşulacaq.

Bu barədə BakuCity.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:00-dan başlamaqla Qaradağ rayonu, Bakı-Salyan şosesinin 70-ci km-də Bakı-Ələt yolunun sağ tərəfində yerləşən və Xəzər rayonu, Bakı-Mərdəkan-Qala yol ayırıcının cənub-qərb hissəsində yerləşən yanacaqdoldurma məntəqələri üçün çəkilmiş qaz xətləri mənbəyə birləşdiriləcək.

Bu müddət ərzində Qaradağ rayonu Ələt qəsəbəsi, Kötəl Şıxlar yaşayış massivi, Xəzər rayonu “Stansiya Qala” və Mərdəkan bağları yaşayış məntəqələrinin qaz təchizatında fasilələr yaranacaq.

BakuCity.az

09:59

Bu gün Bakıda bir sıra ünvanlarda qaz olmayacaq.

“Azəriqaz” İstehsalat Birliyindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 18-i saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Bakının Nərimanov rayonunda aşağıdakı ünvanların qaz təminatında fasilələr yaranacaq:

- Təkrar qara metal yaşayış massivi ("Çermet" adlanan ərazi);

- Z.Bünyadov, Azadlıq, Atatürk prospektləri;

- Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, M.Sənani və akademik Həsən Əliyev küçələri

BakuCity.az

Bakı qaz fasilə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər