Bakıda 17 yaşlı oğlan itkin düşüb.
BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə oktyabrın 13-də Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində qeydə alınıb.
2002-ci il təvəllüdlü Təbriz Əliyev yaşadığı "Yeni məhəllə", ev 21 ünvanından saat 19:20 radələrində özünə məxsus əşyaları götürərək çıxıb və bir daha geri qayıtmayıb.
Oktyabrın 17-də isə 2004-ci il təvəllüdlü Nejan Məmmədova paytaxtın Yasamal rayonunda yaşadığı A.Şaiq küçəsi, 181 saylı ünvandan saat 19:45 radələrində çıxıb və bir daha geri qayıtmayıb.
Hər iki faktla bağlı polis tərəfindən araşdırma aparılır.
BakuCity.az