Bakıda bir günlük körpəni qutuya qoyub küçəyə atdılar - VİDEO

Bakıda bir günlük körpəni qutuya qoyub küçəyə atdılar - VİDEO

Bakının Lökbatan qəsəbəsində küçədə bir günlük oğlan uşağı tapılıb.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş vəziyyətdə olub.

Məlumata görə, qutu oktyabrın 17-dən 18-nə keçən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına atılıb.

Qaradağ rayon Polis İdarəsindən Trend-ə bildirilib ki, yeni doğulmuş uşağı küçədə Lökbatan qəsəbə sakini aşkar edib və sağ olduğundan polisə məlumat verib. İlkin araşdırma zamanı uşağın vaxtından əvvəl doğulduğu məlum olub və uşaq Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutuna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. Uşağın kim tərəfindən küçəyə atıldığı hələ məlum deyil.

BakuCity.az

Bakı körpə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər