Bakı metrosunda təzə qatarın qapıları açılmayıb, vaqonların işığı sönüb

Bakı metrosunda təzə qatarın qapıları açılmayıb, vaqonların işığı sönüb

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın bəzi vaqonlarında qapılar açılmayıb, həmçinin tuneldə qatarın işıqları sönüb. 

BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə metronun “İnşaatçılar” stansiyasında qeydə alınıb.

Nəticədə həmin stansiyada düşə bilməyən sərnişinlər “Elmlər Akademiyası” stansiyasında düşərək geri qayıdıblar.

Faktı “Report”a təsdiq edən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qapıların açılmamasının yeni vaqonların təhlükəsiz tələbləri ilə bağlı olduğunu qeyd edib:

“Yeni vaqonlarda sərnişin qapıları çox tutub saxlayırsa, bu, qapıların sonradan açılmaması ilə müşahidə edilir. Bu gün səhər saatlarında da belə bir hal baş verib. Bu səbəbdən də, ola bilsin, bəzi sərnişinlər “İnşaatçılar” stansiyasında düşə bilməyiblər. Artıq qatar “Elmlər Akademiyası”na yola düşəndə maşinist sistemi yenidən qoşub. Bu zaman isə vaqonların işıqları ani olaraq sönüb. Amma sərnişinlər arasında elə bir narahatlıq yaranmayıb”.

BakuCity.az

Bakı metro
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər