Bakıda küçəyə atılan körpənin vəziyyəti açıqlandı

Bakıda küçəyə atılan körpənin vəziyyəti açıqlandı

Səhiyyə Nazirliyi Bakıda küçəyə atılan uşağın vəziyyəti ilə bağlı açıqlama yayıb.

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.

Həmçinin oxu: Bakıda bir günlük körpəni qutuya qoyub küçəyə atdılar - VİDEO

Qeyd olunub ki, uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir.

BakuCity.az

Bakı körpə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər