Bakıda ağır qəza: xarab olub yolda qalan "Qazel"ə çırpıldı - VİDEO

Bakıda ağır qəza: xarab olub yolda qalan "Qazel"ə çırpıldı - VİDEO

Bakıda baş verən növbəti qəza anı kameralara düşüb.

BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, “Qazel” markalı yük maşını texniki səbəbdən yolun ortasında dayanmalı olur.

Həmçinin oxu: Bakıda Milli Məclisin yanında dəhşətli qəza - VİDEO

Bu zaman sürətlə hərəkətdə olan avtomobillər onunla toqquşmamaq üçün sağa-sola hərəkət edirlər. Lakin sürücülərdən biri öz zolağı ilə hərəkəti davam etdirir və arxadan yüksək sürətlə “Qazel”ə çırpılır. Nəticədə avtomobillərə ciddi ziyan dəyir. Sürücü isə yüngül bədən xəsarətləri alır.

BakuCity.az

Bakı yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər