Bu gün Bakıda Beynəlxalq Caz Festivalı başlayır

Bu gün Bakıda Beynəlxalq Caz Festivalı başlayır

Bu gün Bakıda Beynəlxalq Caz Festivalı başlayır.

BakuCity.az xəbər verir ki, açılış mərasimi saat 17:00-da Qız qalasının yaxınlığında olacaq.

Festival çərçivəsində tədbirlər “Rotunda Jazz Club”, Beynəlxalq Muğam Mərkəzi və Akademik Musiqili Teatrda keçiriləcək.

“Baku Jazz – 2019” müddətində caz haqqında maraqlı filmlər, seminarlar və sərgilər də nümayiş olunacaq.

Həmçinin oxu: Bakıda Rusiya istehsallı qısametrajlı filmlər nümayiş olunacaq

Festival oktyabrın 27-dək davam edəcək.

Qeyd edək ki, Caz Festivalı Bakıda 2005-ci ildən keçirilir. Tədbirdə həm yerli, həm də xarici caz ulduzları iştirak edirlər.

Bakı Beynəlxalq Caz Festivalı 2017-ci ildən “European Jazz Network”un üzvüdür. 

Züleyxa İsmayılova

BakuCity.az

Bakı caz festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər