Transformatorda yanan, qolu amputasiya olunan Zəhra ilə bağlı təfərrüatlar - VİDEO

Transformatorda yanan, qolu amputasiya olunan Zəhra ilə bağlı təfərrüatlar - VİDEO

Bakının Nizami rayonu, Keşlə qəsəbəsində transformatora girərək yanan, nəticədə qolu amputasiya olunan 2010-cu il təvəllüdlü Zəhra Əliyeva ilə bağlı bəzi təfərrüatlar məlum olub.

İddia olunurdu ki, həkimlər uşağın nənəsindən pul istəyiblər. Uşağın qolunun amputasiya olunmadan müalicəsi mümkün imiş, sadəcə barmaqları kəsilməklə kifayətlənmək olarmış, amma həkimlər müalicədən boyun qaçırıblar. Təhsil aldığı məktəbdən də dəcəlliyinə görə qovulduğu, üstəlik, özündən yaşca böyük qardaşının da valideynsiz qalan Zəhranı döydüyü bildirilirdi.

Bütün bu iddiaları dəqiqləşdirmək üçün BakuCity.az-ın əməkdaşı Zəhranın müalicə aldığı 5 saylı şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində uşağın nənəsi Reyhan Əliyeva ilə söhbət edib. O, açıqlamasında deyilənləri təkzib edib:

“Axı mən heç kəslə dərdləşməmişəm. Niyə mənim adımdan yalan sözlər yayırlar? Uşaq oxuduğu məktəbdən qovulmayıb. Belə bir şey olmayıb.

Qardaşının gəlib onu döyməsindən isə söhbət gedə bilməz. Həkimlər və tibb bacılarından isə çox razıyam. Zəhraya çox yaxşı baxırlar, burada məndən pul istəyən olmayıb”.

R.Əliyeva “Azərişıq” ASC-dən bir əməkdaşın yardım məqsədilə 300 manat verdiyini də bildirib.

Zərərçəkmiş Zəhra Əliyeva isə 227 saylı məktəbdə “Oxu” fənnindən dərs deyən Elnurə adlı müəlliməsinin onu dərsdən qovduğunu bildirib. Buna səbəb kimi Zəhranın guya müəlliməsini söyməsi olub. Lakin məktəbli dərslərdən qalmadığını bildirib.

Qeyd edək ki, bundan əvvəl Z.Əliyevanın ayaqlarının da amputasiya olunduğu yazılsa da, əslində azyaşlının yalnız qolu amputasiya edilib.

Arzu Murad

BakuCity.az

tranformator azyaşlı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər