Prezident: Bakıda qəzalı yataqxana binaları sökülməlidir

Prezident: Bakıda qəzalı yataqxana binaları sökülməlidir

Bakıda qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir.

BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edərkən deyib.

İlham Əliyev bildirib ki, paytaxtda qəzalı vəziyyətdə olan, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalar boşaldılandan sonra həmin yataqxanaların yerində yeni binalar tikilə bilər:

Həmçinin oxu: Prezidentdən Bakı yolları ilə bağlı tapşırıq: "Torpaq yollar olmamalıdır"

“Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik. Siz bu proqrama yenidən baxın, xüsusilə Bakı və Sumqayıt şəhərlərini nəzərə alın. Çünki ən çox köçkünlərin məskunlaşdığı şəhərlər Bakı və Sumqayıtdır. İndi biz bölgələrdə vəziyyəti böyük dərəcədə yaxşılaşdıra bilmişik. 2007-ci ildə bütün çadır şəhərcikləri ləğv edildi və Azərbaycanın rayonlarında 100-dən çox şəhərcik salınmışdır. Ona görə bu proqramı mən bütövlükdə təsdiqləyirəm. Ancaq buna əlavələr edilməlidir, daha böyük həcmdə evlər tikilməlidir. O ki qaldı, buna lazım olan vəsaitə, biz vəsait taparıq. Çünki bu, bizim üçün ən prioritet məsələdir”.

Həmçinin dövlət başçısı qeyd edib ki, ilin sonuna qədər yeni şəhərciklərin açılışı nəzərdə tutulur:

“İlin əvvəlində nəzərdə tutduğumuz bütün işlər ilin sonuna qədər öz həllini tapmalıdır. Siz artıq indidən gələn ilin proqramı üzərində işləməlisiniz: gələn il harada, nə qədər köçkün ailəsini biz yeni evlərlə, mənzillərlə təmin edə bilərik”.

Prezident: Bakıda qəzalı yataqxana binaları sökülməlidir, fotoşəkil-1
Prezident: Bakıda qəzalı yataqxana binaları sökülməlidir, fotoşəkil-1

BakuCity.az

Bakı yataqxana məcburi köçkünlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Paytaxtda fəaliyyət göstərən bir sıra obyektlərdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) keçirdiyi monitorinqlər davam etdirilir. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Səbail rayonunda “Royal coin zoo mağaza”da, “İpək gözəllik salonu”nda, Yasamal rayonunda “Bolmarket”də, “Sizin Lombard”da, Suraxanı ra...
Siyasət
İham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib. "Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin mən vasitəçilər, Minsk qrupunun həmsədrləri vasitəsilə əvvəlki Ermənistan hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbacanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın büt...
Cəmiyyət
''Bacara bilmirik''. Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan ordudakı mövcud çatışmazlıqların aradan qaldırılmasının "uzun və çoxillik proses” olduğunu deyib. BakuCity.az xəbər verir ki, ictimaiyyətin və medianın "biz müharibəyə hazır idikmi” sualına cavab verən Ovanisyan iddia edib ki, "nisbətən yeni silahların alınması” tempi son iki ildə bir qədər yüksəlibmiş. O, "son iki il” deyəndə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dö...
Cəmiyyət
QHT-lər bir sıra beynəlxalq təşkilatlara müraciət edib. Azərbaycan QHT-ləri Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə muzdlu döyüşçülərin gətirilməsi haqqında bir sıra beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. BakuCity.az xəbər verir ki, müraciət BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Elizabet Tichy-Fisslbergera, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Prezidenti Peter Maurera, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliy...
Cəmiyyət
Azad olunan vacib yüksəkliklər Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun olaraq cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib. BakuCity.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah və sursat, yanacaq ehtiyat...
Cəmiyyət
Ceyhun Bayramovun “The Washington Times” qəzetində məqaləsi dərc olunub. "Oktyabrın 16-na keçən gecə Azərbaycanın ikinci şəhəri olan Gəncəyə Ermənistan tərəfindən “Skud” raketləri atıldı. Gecə saatlarında və təxliyəyə ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmədən, hücum edilərək evlər və günahsız ailələr hədəf alındı. On dörd mülki şəxs həlak oldu; digər 40 nəfər ağır yaralandı". Bu barədə Xarici işlər naziri Ceyhun Bayramovun “The Washington Times” qəzetində...
Cəmiyyət
Müdafiə Nazirliyinin yeni məlumatı. Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti dezinformasiyasıdır. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, İran-Azərbaycan dövlət sərhədinin tam nəzarətimizə götürülməsindən təşvişə düşən Ermənistan tərəfi bu cür yalan xə...
Cəmiyyət
Operativ qərərgahın yeni qərarı. Nazirlər Kabineti yanında Operativ Qərargah karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı vətəndaşlara müraciət edib. BakuCity.az-ın verdiyi məlumata görə, müraciətdə deyilir: "Hazırda dünya ölkələri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada artım müşahidə olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu günədək dünyada 42 milyondan çox şəxs COVID-19 infeksiyasına yoluxub, 1 m...
Cəmiyyət
3 yaşlı Xədicə haqqında videoreportaj hazırlanıb. “BBC” telekanalı Ermənistan silahlı qüvvələrinin 17 oktyabr gecə 01 radələrində Gəncəyə raket zərbələri endirməsi nəticəsində valideynlərini itirən 3 yaşlı Xədicə haqqında reportaj hazırlayıb. BakuCity.az xəbər verir ki, videoreportajda qeyd olunub ki, 3 yaşlı Xədicənin anası, atası və bacısı erməni qüvvələri tərəfindən evlərinə atılan raket zərbəsi nəticəsində həlak olub. Telekanal Xədicənin digər ailə üzv...