Türk jurnalist: Bakıya “Qafqazın Parisi” desəm, Parisə kompliment olar

Türk jurnalist: Bakıya “Qafqazın Parisi” desəm, Parisə kompliment olar

Oktyabrın 15-də Azərbaycanın paytaxtında keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakıya gələn jurnalist Ahmet Hakan təəssüratlarını bölüşüb.

BakuCity.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, jurnalist “Gözümdə kiçiltdiyim Bakıdan xəcalət çəkərək qayıtdım” başlıqlı yazı yazıb.

O qeyd edib ki, Bakıya “Qafqazın Parisi” desəm, Parisə kompliment olmasından qorxuram.

A.Hakan bildirib ki, “küləklər şəhəri” Bakıda hər şey yeni idi və keçmişə, tarixə hörmət də duyulur.

Jurnalist Bakıda çayı mürəbbə ilə içməyə öyrəşdiyini, samovarın da vətənin elə Bakı olduğunu vurğulayıb:

“Bir-birindən gözəl və heyranedici binalara “hamısı makiyajdır, üzləmədir” dedilər. Belə makyaja can qurban”.

BakuCity.az

Bakı türk jurnalist
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər