• Ana səhifə
  • Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçdi, qəza törətdi - FOTO + VİDEO
09:23, 19 oktyabr 2019

Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçdi, qəza törətdi - FOTO + VİDEO

Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçdi, qəza törətdi - FOTO + VİDEO

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb.

Vüqar Əmircanov idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə işıqforun yaşıl işığından keçən zaman hələlik şəxsiyyəti məlum olmayan sürücü “Tofaş” markalı nəqliyyat vasitəsilə ona çırpılıb.

Həmçinin oxu: Bakıda ağır qəza: xarab olub yolda qalan "Qazel"ə çırpıldı - VİDEO

Qəza zamanı yolda sıxlıq yaranıb. “Tofaş” markalı avtomobilin sürücüsünün avtomobilə dair heç bir sənədi olmayıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

BakuCity.az

#Bakı #yol qəzası

Şərhlər

Elan
live comments feed...