Bakıda müxalifətin mitinqi təxirə salındı

Bakıda müxalifətin mitinqi təxirə salındı

Bakıda müxalifətin bu günə təyin edilən mitinqi təxirə salınıb.

BakuCity.az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə elan edib.

O qeyd edib: "Dostlar, mitinqin təşkilatçılarının kütləvi şəkildə həbs edilməsi, həmçinin ölkədə və xaricdə yaşayan dostların aksiya ilə bağlı ciddi təxribatlar hazırlanması barədə ötürdüyü məlumatların ciddiliyi Milli Şuranın koordinasiya mərkəzinin üzvləri arasında yenidən müzakirə edilmiş və 19 oktyabra planlaşdırılan dinc aksiyanın təxirə salınması barədə qərar qəbul edilmişdir".

Bakıda müxalifətin mitinqi təxirə salındı, fotoşəkil-1

BakuCity.az

Bakı müxalifət mitinq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər