Bakı sakinindən dörd kiloqram heroin götürülüb

Bakı sakinindən dörd kiloqram heroin götürülüb

Bakıda polislər narkotik satışının qarşısını alıb.

BakuCity.az Oxu.Az-a istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər saxlanılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri zamanı Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü B.Lətifov və əvvəl məhkum olunmuş 1986-cı il təvəllüdlü Z.Lətifov saxlanılıb.

B.Lətifovun üzərindən 171 qr, Z.Lətifovun üzərindən isə 4 kq-dan artıq heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı narkotik heroin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər