Bakıda taksi sürücüsünü döyüb pulunu alan sərnişinlərdən biri tutulub.
Daxili İşlər Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə müraciət edən Qazax rayon sakini A.Bağırov oktyabrın 17-də saat 19 radələrində idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində minən iki nəfərin onu döyərək 88 manat pulunu və mobil telefonunu apardıqlarını bildirib.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlərdən Gəncə şəhər sakini S.Ələkbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, digər şəxs isə müəyyən edilib.
Xətai polisi tərəfindən araşdırma aparılır.
BakuCity.az