Bakının Suraxanı rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.
BakuCity.az “Report”a istinadən xəbər verir ki, 1997-ci il təvəllüldü Quliyev Məmmədəli üçüncü mərtəbədən yerə yıxılıb.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona sol ayağının açıq sınığı diaqnozu qoyulub.
BakuCity.az