Bakıda qəzalı binalar söküləcək - SİYAHI

Bakıda qəzalı binalar söküləcək - SİYAHI

Bakının Sabunçu rayonunda qəzalı vəziyyətdə olan səkkiz yaşayış binasından sakinlərin köçürülməsinə başlanılıb.

BakuCity.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, həmin binaların istismar müddəti başa çatıb və müvafiq komissiya tərəfindən istifadəyə yararsız hesab edilib. Buna görə də həmin binadakı ailələrin köçürülməsinə start verilib. Yaxın vaxtlarda köçürülmə prosesi başa çatacaq və həmin binalar söküləcək.

Yaşayış binaları Sabunçu rayonu Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6, Sabunçu qəsəbəsində A.Əsədullayev küçəsi, 27, M.Rəsulzadə dalan 3, ev 2, B.Bünyatov küçəsi, 7A, 2 Aprel küçəsi, ev 8A, 2 Aprel küçəsi, ev 18, D.Pişəvari küçəsi, 13Q və D.Pişəvari küçəsi, 15 ünvanında yerləşir.

BakuCity.az

Bakı qəzalı binalar söküntü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər