Bakıya 12 metrlik avtobuslar gətirildi - FOTO

Bakıya 12 metrlik avtobuslar gətirildi - FOTO

Bakı Nəqliyyat Agentliyi tərəfindən uzunluğu 12 metr olan 229 ədəd avtobus gətirilib. Noyabrdan etibarən 18 metrlik avtobusların gətirilməsinə başlanacaq.

BakuCity.az xəbər verir ki, bu barədə Modern.az-a agentliyin mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, ümumilikdə ilin sonuna qədər bütün yeni avtobusların xətlərə buraxılmasının yekunlaşdırılması nəzərdə tutulub:

Qurum rəsmisi bildirib ki, optimallaşdırma işləri çərçivəsində marşrut xətlərinin sayı 167-dən 150-yə endirilib:

“Bir-birini təkrarlayan xətlər ya ləğv edilib, ya da birləşdirilib. Bununla yanaşı, daşıyıcı sayı 65-dən 37-yə qədər azaldılıb. Burada söhbət avtobus parkının yenilənməsindən gedir.

Onun sözlərinə görə, son bir-iki ildə daşıyıcılar tərəfindən 200-dən artıq avtobus gətirilib:

“1500 avtobus əsaslı təmir edilib. Avtobuslarla yanaşı, ən vacib məqamlardan biri istehsalat bazaları ilə bağlıdır. Son üç ildə səkkiz qaraj təkmilləşdirilib, bu sahədə qoyulan tələblərə uyğunlaşdırılıb”.

Mətbuat katibi deyib ki, bütün avtobusların kart sisteminə keçirilməsi üçün ciddi iş aparılır.

Bakıya 12 metrlik avtobuslar gətirildi - FOTO, fotoşəkil-1 Bakıya 12 metrlik avtobuslar gətirildi - FOTO, fotoşəkil-2 Bakıya 12 metrlik avtobuslar gətirildi - FOTO, fotoşəkil-3

BakuCity.az

Bakı avtobus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər