Bakıda itkin düşən oğlan tapıldı, anasından imtina etdi - VİDEO

Bakıda itkin düşən oğlan tapıldı, anasından imtina etdi - VİDEO

Bakıda itkin kimi qeydə alınan və axtarışa verilən 11 yaşlı F. Elmar oğlu Hüseynov tapılıb.

BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, azyaşlı anası tərəfindən şiddət gördüyü üçün evdən qaçdığını deyib.

O, "Səni axtarıram" proqramına gələrək göz yaşları ilə anası Jalə Hüseynovadan imtina etmək istədiyini bildirib:

Həmçinin oxu: Bakıda yeniyetmə qız və oğlan itkin düşüb

"Anamdan imtina edirəm, onunla qalmaq istəmirəm. Məni döyür, nalayiq söyüşlər söyür. Atamı da tutdurub. Atam məni döymürdü. Anam siqaret çəkir, spirtli içki içir, elə ananı istəmirəm".

Xatırladaq ki, 2008-ci il təvəllüdlü F.Hüseynov oktyabrın 8-i səhər saat 10 radələrində Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 1-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onun anası J.Hüseynova Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə ərizə ilə müraciət edib.

BakuCity.az

Bakı itkin oğlan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər