Prezident İlham Əliyev Hacıbala İbrahim oğlu Abutalıbovun Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə BakuCity.az Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Baş nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.
Qeyd edək ki, H.Abutalıbov 18 il (2000-2018) Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2018-ci il aprelin 21-dən Baş nazirin müavini postunda fəaliyyət göstərib.
BakuCity.az