Bakıda incəsənət əsərləri auksiona çıxarılacaq - FOTO

Bakıda incəsənət əsərləri auksiona çıxarılacaq - FOTO

Azərbaycan Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək.

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, tədbirdə əntiq əşyaların, qədim mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionu nəzərdə tutulur.

“Auction Baku”da qeydiyyat iki cür aparılacaq: alıcılar və satıcılar. Auksion və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksion və müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.  

“Auksion Baku”da artıq səkkiz lot müəyyənləşib. Akif Əsgərov “Atlar”, Mahmud Rüstəmov “Qadın müxtəlif əhvalda” silsiləsindən ''Kompozisiya'', Fərəh Əliyeva “Santa 1919-cu il”, Fərəh Əliyeva “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorina “Kraliça Viktoriya”, Vüqar Muradov “Gülüş”, Vüqar Muradov “Payızda-Yaz” və Namiq Məmmədov “Mələklərin səhər yeməyi” əsəri hərraca çıxarılacaq.

Almaq üçün - [email protected]

Satmaq üçün - [email protected]

Əlaqə nömrəsi - 077 717 33 37

Qeydiyyat bitdikdən sonra əsərlərə komissiya tərəfindən baxılacaq və hərraca qəbul edilən işlər müəyyənləşəcək. Auksionun keçirilmə tarixi haqqında məlumat ictimaiyyətə yaxın günlərdə elan ediləcək.

Bakıda incəsənət əsərləri auksiona çıxarılacaq - FOTO, fotoşəkil-1 Bakıda incəsənət əsərləri auksiona çıxarılacaq - FOTO, fotoşəkil-2 Bakıda incəsənət əsərləri auksiona çıxarılacaq - FOTO, fotoşəkil-3 Bakıda incəsənət əsərləri auksiona çıxarılacaq - FOTO, fotoşəkil-4 Bakıda incəsənət əsərləri auksiona çıxarılacaq - FOTO, fotoşəkil-5 Bakıda incəsənət əsərləri auksiona çıxarılacaq - FOTO, fotoşəkil-6 Bakıda incəsənət əsərləri auksiona çıxarılacaq - FOTO, fotoşəkil-7

BakuCity.az

Bakı auksion incəsənət əsərləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər