Belçika caz qrupundan Bakıda seminar və master-klass - FOTO

Belçika caz qrupu “Giuseppe Millaci & Vogue Trio” Bakı Caz Festivalı çərçivəsində seminar və master-klass təqdim edib.

BakuCity.az xəbər verir ki, tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilərdə böyük maraq oyadıb.

Cüzeppe Millaçi basist, bəstəkar və prodüserdir. 9 aprel 1988-ci ildə Siciliyada anadan olub və 2000-ci ildən Belçikada yaşayır.

14 yaşında ikən elektrik bas çalmağa başlayıb. Bir neçə il sonra C.Millaçi caz və akustik bas kəşf edib. Rey Braun, Deyv Holland, Mark Conson, Con Patituççi və Larri Qrenadyer kimi bir neçə caz ifaçısına qulaq asıb.

2011-ci ildə Erasmus Proqramının təqaüdündə iştirak edib və Maastrixt Musiqi Akademiyasında müəllim və basist Filip Aertslə birlikdə oxuyub.

C.Millaçi 2013-cü ildə Maestro Jan-Lui Rassinfosun rəhbərliyi ilə Brüssel Kral Konservatoriyasını fərqlənmə diplomu ilə (magistr dərəcəsi) bitirib. Məşqini basist Marko Panasmia və Dryu Qreslə davam etdirib.

2016-cı ildə Cüzeppe "Vogue Trio" layihəsinə fransız pianoçusu Amauri Faye və belçikalı nağaraçı Lionel Beuvenslə başlayıb.

“Giuseppe Millaci & Vogue Trio” dünyada çoxsaylı festival və caz klublarında çıxış edir. Növbəti albomu olan “Endless Way” 2019-cu ilin noyabrında çıxacaq.

Qeyd edək ki, Bakı Caz Festivalı 2019-cu il oktyabrın 27-dək davam edəcək. Festival 2005-ci ildən keçirilir və 10 ildən çoxdur özünü Bakıda ən böyük mədəniyyət tədbirlərindən biri kimi təsdiqləyir.

BakuCity.az

Bakı caz master-klass
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Əhaliyə ödəmələr bu həftə başlaya bilər "Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik". BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, bankların iş zəncir...
Cəmiyyət
8 nəfərin vəziyyəti ağırdır Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyəti ağır, 11-nin orta ağır, yerdə qalanların vəziyyəti isə sabitdir. Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib. BakuCity.az
Cəmiyyət
“Karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir” Polisin maska və əlcəksiz küçəyə çıxanları cərimələməsi bəzi insanların narazılığına səbəb olub. Onlar qanunda belə bir cərimənin olmadığını bildiriblər. BakuCity.az “BakuPost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də bu məsələyə aydınlıq gətirib. Ə.Baqişev bildirib ki, karantin qaydalarını pozmaq inzibati məsu...
Hadisələr
Artıq sığınacaqdadır Bakıda itin gözlərini çıxardıblar. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, gözləri çıxarılan köpəyi küçədən heyvansevərlərdən biri götürüb. Artıq sığınacağa yerləşdirilən itin kim tərəfindən bu hala salındığı, neçə gündür bu vəziyyətdə olduğu məlum deyil. Xatırladaq ki, bir müddət əvvəl də bir itin gözləri çıxarılmış, cinsiyyət orqanı kəsilmişdi. Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. BakuCity.az
Cəmiyyət
Aptekə, marketə gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir "Vətəndaş hər dəfə polis naryadını görəndə deyə bilər ki, o, məişət tullantısını atmağa çıxıb. Buna görə də vətəndaşların evdən çıxmağı ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər öz həllini tapıb". BakuCity.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-yə müsahibəsində de...
Hadisələr
İlkin səbəbi açıqlanıb Bu gün gecə saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın baş verib. BakuCity.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Ümumi sahəsi 5000 kv.m olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarə...
Cəmiyyət
Bunlar ƏDV-dən azad olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir. BakuCity.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satı...
Cəmiyyət
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əlcəklərin istifadəsi ilə bağlı məlumat yayıb. BakuCity.az xəbər verir ki, məlumatda son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsinin gündəmdən düşmədiyi qeyd olunub. Bildirilib ki, bəzi vətəndaşların tibbi əlcəklərdən düzgün istifadə etməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılan “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub: "Bunu nəzərə alaraq əhali üçün akt...
Ekologiya
Xəzər dənizində zəlzələ olub Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:20-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 28 km olub. BakuCity.az