Bakıda avtobus sürücüsündən kobud qayda pozuntusu - VİDEO

Bakıda avtobus sürücüsündən kobud qayda pozuntusu - VİDEO

Bakıda 92 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü kobud qayda pozuntusuna yol verib.

BakuCity.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, nəqliyyatın hərəkətində tıxac olduğundan sürücü yolun əks istiqamətinə çıxıb, bununla da qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə mane olub.

Fakt Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində Bakı Beynəlxalq Avtovağzalı istiqamətinə çıxan yolda qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, daşıyıcı şirkətin nümayəndəsi agentliyə çağırılacaq və lazımi tədbirlər görüləcək.

BakuCity.az

Bakı avtobus qayda pozuntusu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər