Bakı metrosunda səhərki sıxlığın səbəbi bilindi

Bakı metrosunda səhərki sıxlığın səbəbi bilindi

Bu gün Bakı metrosunun “28 May” stansiyasında sərnişinlər qatardan boşaldılıb. 

BakuCity.az “Report”a istinadən xəbər verir ki, bu, qatarlardan birində yaranan texniki problemlə bağlı olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, son günlərdə metrodan istifadə edən sərnişinlərin sayında ciddi artım müşahidə edilir:

“Bu gün səhər saatlarında “İçəri Şəhər” - “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Sahil” stansiyasından çıxarkən maşinist problem hiss edib, bu səbəbdən də qatar “28 May” stansiyasında dayanıb. Sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq qatar boşaldılıb və texniki baxış üçün depoya göndərilib. Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Bu isə qrafikə təsir etməyib. Hazırda metropolitenin stansiyalarında qatarların hərəkəti intervala uyğun davam edir”.

Sərnişinlər isə bu gün səhər saatlarında metroda daha çox sıxlıq yarandığını, qatarların ləngidiyini bildirib.

BakuCity.az

Bakı metro sıxlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər