Sabah Bakıda duman, çiskin olacaq

Sabah Bakıda duman, çiskin olacaq

Bakıda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 23-də paytaxtda hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda gecə 14-16, gündüz 20-22 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Oktyabrın 23-də paytaxtda meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

BakuCity.az

Bakı duman çiskin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər