Bakıda bu küçə və prospektlər iki gün bağlı olacaq - SİYAHI

Bakıda bu küçə və prospektlər iki gün bağlı olacaq - SİYAHI

Oktyabrın 25-26-da Bakıda “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur.

Bunu BakuCity.az-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, oktyabrın 23-24-də hava limanına gələn yüksək çinli qonaqların, tədbir iştirakçılarının qarşılanaraq mərkəzə doğru hotellər istiqamətinə hərəkəti müəyyən edilib. Bu məqsədlə qonaqların yerləşdirilməsi və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, “Hyatt Regency” hoteli və digər ərazilərə doğru hərəkətdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək:

"24 oktyabr tarixindən etibarən saat 08:30-dan tədbirlər tam başa çatanadək Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılacaq. Xüsusilə Xətai prospekti və Təbriz küçəsinin Həsənoğlu küçəsi ilə kəsişməsindən Qədirbəyov küçəsi ilə kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılır”.

İctimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir.

BakuCity.az

Bakı küçə hərəkət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər