Bakıda daha bir küçədə sarı kəsişmə toru - FOTO

Bakıda daha bir küçədə sarı kəsişmə toru - FOTO

Bakıda daha bir küçədə sarı kəsişmə toru çəkilib.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib:

- sarı kəsişmə toru təşkil edilib;
- nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını əks etdirən yol nişanlamaları çəkilib;
- yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.

Həmçinin oxu: Bakıda bu küçə və prospektlər iki gün bağlı olacaq - SİYAHI

Həyata keçirilən dəyişikliklər:

- kəsişmədə piyadaların rahatlığını,
- yol hərəkəti iştirakçılarının təhlükəsizliyini,
- nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcək.

Qeyd edək ki, hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır.

Bakıda daha bir küçədə sarı kəsişmə toru - FOTO, fotoşəkil-1 Bakıda daha bir küçədə sarı kəsişmə toru - FOTO, fotoşəkil-2 Bakıda daha bir küçədə sarı kəsişmə toru - FOTO, fotoşəkil-3 Bakıda daha bir küçədə sarı kəsişmə toru - FOTO, fotoşəkil-4

BakuCity.az

Bakı sarı tor nəqliyyat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər