Paytaxtın köhnə binalarında lift dərdi bitmir.
BakuCity.az Baku TV-yə istinadən məlumat verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V massivdə yerləşən 3 nömrəli binanın sakinləri uzun müddətdir lift problemi yaşayır.
Doqquzmərtəbəli binanın sakinləri lift işləmədiyi üçün hər gün bütün mərtəbələri piyada çıxmağa məcbur olur. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həll edilmədiyini bildirirlər.
Suraxanı rayonu 62 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Cavad Abdullayev bildirib ki, hazırda həmin liftdə təmir işləri gedir:
“Təmirin beş günə, beş həftəyə və ya beş aya bitəcəyini deyə bilmərəm”.