Bakıdakı təmizlik şirkətləri: xidmət fərqi və QİYMƏTLƏR

Bakıda peşəkar təmizlik xidmətlərinə nə qədər tələbat var?

Müasir dövrdə bu cür şirkətlərin xidmətləri yalnız ofislərə və ya hotellərə deyil, həm də mənzilini təmizləməyə vaxtı olmayan şəxslərə lazım olur.

“Cleanfix” şirkətinin layihə rəhbəri Ənvər Hüseynov BakuCity.az-a açıqlamasında bildirib ki, belə firmalar müştərilərə geniş xidmətlər təklif edirlər.

Onun sözlərinə görə, təmizlik şirkətləri yalnız binaların təmizlənməsi ilə deyil, həm də mebel, xalça kimi fərdi əşyaların təmizlənməsi və böyük tədbirlərdə xidmət göstərməklə də məşğul olurlar:

“Bakıda insanların təmizlik firmalarının xidmətlərinə marağı ilbəil artır. Bu gün bazarda çox sayda peşəkar şirkətlərin olması belə xidmətlərə tələbatın olduğunu göstərir”. 

Ə.Hüseynovun sözlərinə görə, “Cleanfix” kampaniyası 10 ildən çoxdur xidmət göstərir:

“Bu, rəqabəti daha da artırır. Yüksək rəqabət yalnız və yalnız göstərilən xidmətlərin keyfiyyətini artırır. Müştərilər peşəkar və müasir avadanlıqlarla, yüksək keyfiyyətli kimyəvi maddələrlə işləyən təmizlik şirkətlərinə üstünlük verirlər”.

O, həmçinin qeyd edib ki, çox vaxt mənzili təmizlənməli olan müştərilər əlaqə saxlayır. Bu, təmirdən, əlamətdar günlərdən sonra ümumi təmizlik ola bilər:

“Artıq az hallarda müxtəlif idarə və müəssisələr bu cür şirkətlərin xidmətlərinə müraciət edirlər. Onlar ofislərini, ümumiyyətlə, öz təmizlik xidmətləri olan mərkəzlərdə qurmağa çalışırlar. Müştərilərimizin bizə sadəcə zəng etmələri yetərlidir. Biz hər şeyi özümüz gətirəcəyik: texnika, təmizləyici məhsullar. Bundan əlavə, yaxşı bir şirkət iş zamanı yarana biləcək hər hansı qüsur və ya çatışmazlıq üçün cavabdeh olmağa hazırdır. Biz, əsasən Almaniyanın “Columbus” avadanlıqları ilə işləyirik".

Şirkət mənzillərin, ofislərin, geniş ərazilərin, pəncərələrin və fasadların yuyulması, mebel və xalçanın quru təmizlənməsi üzrə xidmətlər göstərir. Burada həm də abadlıq, parklara qulluq, böyük idman və konsert tədbirlərində xidmət göstərmək də daxildir.

Mənzilin təmizlənməsinin qiyməti kvadratmetrə görə 1,5 - 2 manat arasında dəyişir. Təmirdən sonra təmizlik işləri sahənin çirklənmə dərəcəsindən və otağın vəziyyətindən asılı olaraq bir kvadratmetr üçün 2 manatdan başlayır.

Təmizlik xidmətləri göstərən şirkətlər:

“166” təmizlik şirkəti evləri, ofisləri, bağ evlərini və evin qarşısındakı əraziləri təmizləyir. Həmçinin xalçalar və mebellər də təmizlənir. Hündür binaların pəncərələrini təmizləmək üçün təhlükəsizliklə təmin olunmuş müvafiq hündürlük qurğularından istifadə edilir. Xidmətlərin dəyəri müştəri tərəfindən seçilmiş təmizlik paketinə əsasən hesablanır. Məsələn, “Express” minimal paketinin qiyməti hər kvadratmetr üçün 0,70 AZN-dir.

“188” təmizlik şirkəti gündəlik və daimi təmizlik xidmətləri göstərir. Bundan əlavə, burada arqan (bioloji) tərkibli şampundan istifadə edərək xüsusi avadanlıqla həyata keçirilən xalça yuyulması xidmətini sifariş edə bilərsiniz. Şirkət, həmçinin təmirdən sonra təmizlik xidmətləri göstərir, ofisləri və fasadları təmizləyir. Mənzilin təmizlənməsinin dəyəri otaqların sayına görə hesablanır: 1 otaq - 39 AZN, 2 otaq - 59 AZN, 3 otaq - 79 AZN

“EcoMan” şirkəti evləri, ofisləri və landşaftları təmizləyir. Bu xidmət vasitəsilə, həmçinin avtomobillərin təmizlənməsi, zibillərin çıxarılması, təmirdən və böyük əlamətdar günlərdən sonra zəruri olan təmizlik xidmətləri sifariş edə bilərsiniz. Bundan əlavə, şirkət müştərilərin yaşadığı binaların girişlərini, pilləkənlərini və liftlərini pulsuz təmizləyir. Bir kvadratmetr üçün xidmət haqqı 0,90 AZN-dən başlayır.

“Main Group” şirkəti istənilən binada təmizlik xidmətləri göstərir. Bu xidmət vasitəsilə xalçaların və mebellərin quru təmizlənməsi, həmçinin ətraf ərazilərə qulluq göstərilməsi də mümkündür. Təmizləmə xidmətinin bir kvadratmetr üçün nəzərdə tutulmuş qiyməti 1,50 AZN-dən başlayır.

Züleyxa İsmayılova

BakuCity.az

Bakı təmizlik şirkətlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
203 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
“CinemaPlus”da möhtəşəm “Bayraq Günü” Noyabrın 9-da Azərbaycanda “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” bayramı qeyd olunur. “CinemaPlus” Premium-klass kinoteatrı bu günün şərəfinə paytaxtda möhtəşəm parad təşkil edib. Kinoteatrdan Bakucity.az-a verilən məlumata görə,  kinoteatrın əlində bayraqları olan işçiləri “Baku Band” orkestrinin müşayiəti ilə “Gənclik Mall” ticarət mərkəzini gəziblər və milli mahnılar səsləndiriblər: "Alış-veriş mərkəzinə...
Cəmiyyət
Liftlər quraşdırılacaq Paytaxtın "Şamaxinka" adlanan ərazisində tıxacın qarşısını almaq məqsədilə salınan yerüstü keçiddə eskalatorlar olmayacaq. BakuCity.az məlumat verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Baku.ws-ə bildirib. O deyib ki, yerüstü keçidin inşasının başa çatması bu ilin sonu, gələn ilin əvvəlinə nəzərdə tutulub: "Həmin yerüstü keçiddə eskalatorların quraşdırılması nəzərdə tutulma...
Mədəniyyət
Azərbaycanı beynəlxalq yumor arenada təmsil edən yeganə komandadır Noyabrın 9-da Ukraynanın paytaxtı Kiyevdə Liqa Smexa Qış Kuboku keçirilib. BakuCity.az xəbər verir ki, “Liqa Smexa” yarışmasında Azərbaycanı təmsil edən yeganə “Как по Маслу” komandası 2019-cu il Liqa Smexa mövsümünün “Ən yaxşı səhnəciyi”nə görə kubok alıb. Bu kubok Azərbaycan yumorunun şanlı tarixinə düşəcək, çünki ölkəmizin bu yarışmada qazandığı ilk kubokdur. Xatırladaq ki, “Как по Маслу...
Siyasət
Piketdə 15 nəfər iştirak edib Bakıda qanunsuz piket keçirməyə cəhd edənlərin hüquqazidd əməllərinin qarşısı alınıb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) BakuCity.az-a verilən məlumata görə, Müsavat Partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə uyğun olaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının...
Cəmiyyət
Həftədə iki dəfə uçuş olacaq Rusiya şirkəti Azərbaycana uçuşlar həyata keçirməyə başlayır. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, “Smartavia” aviaşirkəti 2019-2020-ci ilin qış aylarında Peterburqdakı “Pulkovo” aeroportundan dörd yeni istiqamətə - Bakı, İjevsk, Rostov və Ufaya daimi reyslər açacaq. “Smartavia” təyyarəsi Azərbaycan paytaxtına həftədə iki dəfə uçuşlar təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Sumo, güləş və dron yarışları da keçiriləcək Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində (“BakuTel-2019”) ilk dəfə olaraq “Robopark” təşkil olunacaq. BakuCity.az “APA-Economics”ə istinadən məlumat verir ki, “Robopark” çərçivəsində ən yeni və son robot modelləri nümayiş olunacaq. Onların sırasında Las-Veqasdan “Pepper Humanoid” robotu, robot-rəssam, 6 metrlik uçan astronavt və robo...
Hakimiyyət
"İcra başçıları peşəkar, bilikli olmalıdırlar" Azərbaycan Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edib. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib ki, ölkəmizdə kadr islahatları davam edir. Kadr...
Mədəniyyət
Qəzəllər "YouTube"a yüklənəcək Bakıda "Kitab Evi" İctimai Birliyinin reallaşdırdığı “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” layihəsi çərçivəsində “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitabın və qəzəllərin səsləndirildiyi audiodiskin təqdimatı keçirilib.  BakuCity.az xəbər verir ki, təqdimatda alimlər, şairlər, yazıçılar və media nümayəndələri iştirak ediblər. Təqdimat şairin Azərbaycan oxucusu üçün yeni olan qəzəllərində...
Hakimiyyət
"Əlimdən gələni əsirgəməməyə çalışacağam" "İcra başçısı təyin olunacağımı gözləmirdim. Mənim üçün də gözlənilməz oldu. Cənab Prezidentə təşəkkür edirəm ki, məni bu vəzifəyə təyin etdi”. BakuCity.az xəbər verir ki, bu fikirləri Modern.az-a Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən deputat Elşad Həsənov deyib. O bildirib ki, iş fəaliyyəti barədə indidən nəsə deyə bilməz: "İcra başçısı olaraq iş fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, bunu özünü...