Transformatorda yanıb, qolu amputasiya olunan Zəhra ilə bağlı qaranlıq məqamlar - VİDEO

BakuCity.az Bakının Nizami rayonu, Keşlə qəsəbəsində transformatora girərək yanan, nəticədə qolu amputasiya olunan 2010-cu il təvəllüdlü Zəhra Əliyeva ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirməyə çalışıb.

Z.Əliyevanın təhsil aldığı 227 nömrəli tam orta məktəbdən BakuCity.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin 2d sinif şagirdi valideynlərini erkən itirib, nənəsinin himayəsində yaşayır:

“Ötən ilin oktyabr ayında şagirdin nənəsi yaşlı olduğundan nəvəsinin qayğısına qala bilmədiyini deyib, digər nəvələrinin də uşaq evlərində, dövlət himayəsində olduğunu qeyd edib. Nənə baş verə biləcək fəsadların qarşısını əvvəlcədən ala bilmək məqsədilə müvafiq kömək istəyib.

Sonra Nizami Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə Komissiyaya müraciət edilib. Müvafiq komissiya tərəfindən nənə ilə söhbət aparılıb və şagirdin istəyinə uyğun olaraq, o, nənənin himayəsində qalıb”.

Bildirilib ki, Z.Əliyevanın dərsə davamiyyəti normal olsa da, zəif tədris göstəricilərinə malikdir:

“Məlum olduğu kimi, 10.10.2019-cu il tarixində saat 19:00-da o, evlərinin yaxınlığında yerləşən elektrik şitinə daxil olub və ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Şagirdin müalicəsinin gedişi və vəziyyəti ilə mütəmadi maraqlanırıq”.

Qonşuluqda yaşayan qəsəbə sakinləri isə uşağın dərsə davamiyyətinin aşağı olduğunu, adətən küçədə olduğunu bildiriblər.

Qeyd edək ki, bundan əvvəl azyaşlının məktəbdən qovulduğu iddia olunurdu.

Həmçinin oxu: Transformatorda yanan, qolu amputasiya olunan Zəhra ilə bağlı təfərrüatlar - VİDEO

Bundan Z.Əliyevanın nənəsi Reyhan Əliyeva BakuCity.az-ın əməkdaşı ilə söhbətində “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən yardım məqsədilə ona 300 manat verildiyini demişdi.

ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də bildirib ki, qurum dəymiş zərəri öz üzərinə götürüb:

“Bunun iynəsi var, dərmanı var, həkimi var - bütün bu xərclər ödənilməlidir. “Azərişıq” ASC dəymiş zərəri öz üzərinə götürüb və ödəyəcək. Uşağın sağlamlığı bizim üçün önəmlidir”.

R.Əliyevanın 300 manatdan başqa pul verilmədiyini deməsinə gəlincə, qurum rəsmisi qeyd edib:

“Hər şey ödənilib, xəstəxanadan da soruşa bilərsiniz. Nənəsi ilə şəxsən görüşmüşəm. Şəbəkənin rəisi də hər gün uşağın səhhəti ilə bağlı məlumat alır”.

Bir gecədə transformatorun həmin ərazidən götürülməsinin səbəbi isə belə izah olunub:

“Transformator həmin ərazidən ona görə götürülüb ki, yenidənqurma işləri aparılır. Hər yerdə yeni yarımstansiyalar inşa olunur, təmir işləri gedir. Üzərinə də yazılıb ki, təhlükəlidir, ehtiyatlı olun”.

Hazırda Keşlə qəsəbəsində başqa hansı ərazilərdə təmir işlərinin aparılması ilə bağlı sualımız isə cavabsız qalıb.

Arzu Murad

BakuCity.az

Bakı Zəhra Əliyeva
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
15 dərəcə isti olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, aprelin 3-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Hav...
Cəmiyyət
“Aztəminatlı ailələrə yardım olunmalıdır” Yaxın günlərdə sosial yardımlarla bağlı qərar veriləcək. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. O bildirib ki, qərarda məqsəd vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsidir: “İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil". BakuCity.az
Cəmiyyət
Əhaliyə ödəmələr bu həftə başlaya bilər "Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik". BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, bankların iş zəncir...
Cəmiyyət
8 nəfərin vəziyyəti ağırdır Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyəti ağır, 11-nin orta ağır, yerdə qalanların vəziyyəti isə sabitdir. Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib. BakuCity.az
Cəmiyyət
“Karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir” Polisin maska və əlcəksiz küçəyə çıxanları cərimələməsi bəzi insanların narazılığına səbəb olub. Onlar qanunda belə bir cərimənin olmadığını bildiriblər. BakuCity.az “BakuPost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də bu məsələyə aydınlıq gətirib. Ə.Baqişev bildirib ki, karantin qaydalarını pozmaq inzibati məsu...
Hadisələr
Artıq sığınacaqdadır Bakıda itin gözlərini çıxardıblar. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, gözləri çıxarılan köpəyi küçədən heyvansevərlərdən biri götürüb. Artıq sığınacağa yerləşdirilən itin kim tərəfindən bu hala salındığı, neçə gündür bu vəziyyətdə olduğu məlum deyil. Xatırladaq ki, bir müddət əvvəl də bir itin gözləri çıxarılmış, cinsiyyət orqanı kəsilmişdi. Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. BakuCity.az
Cəmiyyət
Aptekə, marketə gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir "Vətəndaş hər dəfə polis naryadını görəndə deyə bilər ki, o, məişət tullantısını atmağa çıxıb. Buna görə də vətəndaşların evdən çıxmağı ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər öz həllini tapıb". BakuCity.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-yə müsahibəsində de...
Hadisələr
İlkin səbəbi açıqlanıb Bu gün gecə saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın baş verib. BakuCity.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Ümumi sahəsi 5000 kv.m olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarə...
Cəmiyyət
Bunlar ƏDV-dən azad olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir. BakuCity.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satı...