Bakı Elektron Ticarət Forumu davam edir - FOTO

Bakı Elektron Ticarət Forumu davam edir - FOTO

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” bu gün İnnovasiyalar Agentliyində davam edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, nazirliyin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, Avropa İttifaqının təşkilatçılığı, “PAŞA Bank”ın tərəfdaşlığı ilə baş tutan forumun ikinci günündə iştirakçılara elektron ticarətdə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların mühafizəsi, bazar davranışı və tendensiyaları mövzularında “Master class” keçirilib.

“Master class”ın məqsəd elektron ticarətlə məşğul olanlar və bu işə yeni başlayanlar üçün ekspert təlimləri keçmək və onları maarifləndirməkdir. 

Təlimçi heyətinə biznes analitikası üzrə mütəxəssislər – Kəramət Hacıyev, Rəşad İbrahimov, Vüqar Cəfərov, kibertəhlükəsizlik, vergi və hüquq üzrə mütəxəssis Fərid İsayev daxildir.

Bakı Elektron Ticarət Forumu davam edir - FOTO, fotoşəkil-1 Bakı Elektron Ticarət Forumu davam edir - FOTO, fotoşəkil-2 Bakı Elektron Ticarət Forumu davam edir - FOTO, fotoşəkil-3 Bakı Elektron Ticarət Forumu davam edir - FOTO, fotoşəkil-4

BakuCity.az

Bakı elektron ticarət forum
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər