Bakıda Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib - FOTO

Bakıda Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib - FOTO

Oktyabrın 22-də Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib.

BakuCity.az xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti Azər Paşa Nemətov bildirib ki, konfransa seçilmiş 84 nümayəndədən 82 nəfəri qeydiyyatdan keçib, iki nəfər üzrlü səbəbdən iştirak etmir.

A.P.Nemətov hesabat məruzəsi ilə də çıxış edib. Məruzəçi çıxışının əvvəlində Azərbaycan teatrının keçdiyi inkişaf yolundan bəhs edib, bu sahəyə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini deyib.

Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının Təftiş komissiyasının sədri, Xalq artisti Vaqif Əsədov hesabat verib. Hesabatda ötən dövrdə görülmüş işlər, gəlirlər və xərclər barədə geniş məlumat yer alıb.

İclasın sədri İlham Rəhimli “Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının əhəmiyyəti qeyd edərək, proqramın həyata keçirilməsində Mədəniyyət Nazirliyinin böyük rolunu vurğulayıb. 

Mədəniyyət naziri Ə.Qarayev bildirib ki, bu gün artıq qarşıdakı on il üçün milli teatr prosesinin necə gedəcəyi barədə düşünməliyik: peşəkar teatr bundan sonra necə inkişaf edəcək, milli irs, dəyərlər, adət-ənənələr bu sənətdə necə qorunacaq,  eksperimentlər necə aparılacaq kimi suallara cavab vermək, bütün bunların növbəti on il ərzində işləyəcək teatr proqramda əks etdirilməsi barədə düşünmək və həyata keçirilməsi üzərində çalışmaq lazımdır.

İttifaqın İdarə heyətinin sədri, üzvləri, habelə Təftiş komissiyasının heyəti ilə bağlı səsvermə keçirilib. 

Açıq səsvermə yolu ilə Xalq artisti, professor A.P.Nemətov yekdilliklə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri seçilib. Sonra təftiş komissiyası əvvəlki heyətdə təsdiq edilib.

BakuCity.az

Bakı teatr iclas
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər