Bakıda bəzi avtobusların hərəkəti dəyişdiriləcək

Bakıda bəzi avtobusların hərəkəti dəyişdiriləcək

Bakıda bəzi marşrut xətlərinin hərəkət istiqamətində dəyişikliklər ediləcək.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 25-26-da paytaxtda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə əlaqədar olaraq, Təbriz küçəsinin G.Qədirbəyova və Həsənoğlu küçəsi ilə kəsişmələrində tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 5 və 11 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

5 nömrəli marşrut:

20-ci sahə istiqamətində A.Nemətulla küçəsi – H.Əliyev prospekti – G.Qədirbəyova küçəsi – Xətai prospekti – Ə.Ağaoğlu küçəsi – Təbriz küçəsi daha sonra öz xətti üzrə;

“N.Nərimanov” metro stansiyası istiqamətində Təbriz küçəsi – Ə.Ağaoğlu küçəsi - Xətai prospekti – H.Əliyev prospekti – İ.Hidayətzadə küçəsi – Çernyayevski küçəsi – A.Nemətulla küçəsi – Təbriz küçəsi.

Həmçinin oxu: Bakıya 12 metrlik avtobuslar gətirildi - FOTO

11 nömrəli marşrut:

S.Rəhimov küçəsi (“28 May” metro stansiya) istiqamətində Ə.Rəcəbli küçəsi – Təbriz küçəsi - A.Nemətulla küçəsi – H.Əliyev prospekti – G.Qədirbəyova küçəsi – Xətai prospekti daha sonra öz xətti üzrə;

Əbilov küçəsi istiqamətində Xətai prospekti – H.Əliyev prospekti – İ.Hidayətzadə küçəsi – Çernyayevski küçəsi – A.Nemətulla küçəsi – Təbriz küçəsi – Ə.Rəcəbli küçəsi daha sonra öz xətti üzrə.

Eyni zamanda, tədbirlə əlaqədar digər küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulması zamanı müəyyən marşrutların hərəkət istiqamətləri operativ olaraq dəyişdiriləcək. Sərnişin avtobuslarının hərəkəti də digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

BakuCity.az

Bakı avtobus hərəkət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər