• Ana səhifə
  • Bakıdan Qarsa sərnişindaşıma niyə gecikir?
17:53, 22 oktyabr 2019

Bakıdan Qarsa sərnişindaşıma niyə gecikir?

Bakıdan Qarsa sərnişindaşıma niyə gecikir?

Azərbaycan tərəfi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişindaşımalara başlamağa tam hazırdır.

BakuCity.az xəbər verir ki, Gürcüstan paytaxtında keçirilən Tbilisi İpək Yolu Forumunda iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov APA-nın yerli bürosuna müsahibəsində belə deyib.

O bildirib ki, xətt üzrə sərnişindaşımaların gecikməsinin səbəbi Gürcüstan tərəfində xüsusi əyləc sistemli lokomotivlərin olmamasıdır:

“Bizim qatarlarımız və vaqonlarımız hazırdır, sərnişindaşımalara başlaya bilərik. Məsələ burasındadır ki, həmin yolda hərəkət etmək üçün Gürcüstan tərəfinin dağ yerlərində əks-əyləcləmə sistemi olan elektrovozları olmalıdır. Bu, yeni vaqonlara uyğunlaşdırılaraq quraşdırılmalıdır, lakin onlarda bu qurğular yoxdur”.

C.Qurbanov onu da qeyd edib ki, məsələ yaxın vaxtlarda həllini tapmasa, “Azərbaycan Dəmir Yolları” Gürcüstan tərəfinə öz lokomotivlərini təklif edəcək:

“Bu məsələ həll edildikdən sonra sərnişin qatarlarını xəttə buraxa bilərik. Bir-iki ay gözləyəcəyik, görsək ki, bu məsələ həll olunmur, onda özümüz elektrovozlarımızı, yaxud da dizel lokomotivlərimizi təklif edəcəyik. Razılaşdırmağa çalışacağıq ki, sərhəddə qədər deyil, Türkiyə sərhədinədək – Axalkalakiyə qədər özümüz aparaq”.

BakuCity.az

#Bakı-Tbilisi-Qars #qatar #sərnişin

Şərhlər

Elan
live comments feed...