Bakıda polisin gecə reydləri: xanım sürücü "saxla" əmrinə məhəl qoymadı - VİDEO

Gecə saatlarında Dövlət Yol Polisinin əməkdaşları tərəfindən Bakı şəhərində qayda pozan sürücülərə qarşı reyd keçirilib.

BakuCity.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhərin sükutunu pozan “VAZ 2107” markalı avtomobilin sürücüsü polislərin “saxla” əmrinə tabe olmayıb. 

Qayda pozan sürücüyə işıqvurma cihazlarının nasazlığı ilə əlaqədar Yasamal Rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən “saxla” əmri verilib. Sürücü əmrə məhəl qoymayaraq nəqliyyat vasitəsini Həsən bəy Zərdabi küçəsində yüksək sürətlə idarə etməyə başlayıb. Bu azmış kimi, dırnaqarası qəhrəman avtomaşını ilə əks istiqamətli yolda hərəkət edib. Sonda nəqliyyat vasitəsi Tbilisi prospektində Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən yaradılan süni tıxac vasitəsilə saxlanılıb.

Sürücü Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə təhvil verilib. Məlum olub ki, avtoxuliqanlıq əməlini törədən şəxs Həsənov Şahin Fazil oğludur. O, bir müddət əvvəl sürücülük hüququndan məhrum edilibmiş.

Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirib. Sürücü isə İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.

Digər bir qayda pozuntusu isə Səbail rayonunda qeydə alınıb. Belə ki, zərif cinsin nümayəndəsi “Hyundai” markalı avtomobili ilə Neftçilər prospektində manevr qaydalarını kobud şəkildə pozub. Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə “saxla” əmri verib. Xanım sürücü əmrə məhəl qoymayıb. Sonda Post Patrul Xidmətinin əməkdaşları ilə birgə yol polisi xanımın idarə etdiyi avtomobili saxlaya bilib.

Sürücü heç bir sənəd təqdim etməyib. O, inzibati məsuliyyətə cəlb edilib.

Yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı maarifləndirmə tədbirləri davam etdiriləcək.

BakuCity.az

Bakı yol polisi reydlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1918 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Axtarışlar başa çatdı Xəzərdə itkin düşən neftçi tapılıb. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 18-də Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında batan 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun axtarışları başa çatıb. Həmçinin oxu: Rəisin qardaşı Xəzərdə faciəvi şəkildə həlak oldu İ.Şərifovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-ax...
Cəmiyyət
Heykəlin hendürlüyü 12 metr olacaq Babəkin heykəlinin hazırlanmasına başlanılıb. BakuCity.az xəbər verir ki, bunu APA-ya Azərbaycan Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov deyib. Onun sözlərinə görə, heykəlin 8-12 ay müddətinə hazırlanması nəzərdə tutulur: “Artıq lazım olan bürünc material əldə olunub və istehsalat prosesinə başlanılıb. Lakin heykəlin istehsalı heç də asan başa gələn proses deyil, ona görə də m...
Ekologiya
Temperatur normadan aşağı olacaq Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, Bakıda noyabrın 20-si axşamdan noyabrın 22-dək havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, arabir intensivləşəcəyi ehtimalı var. Şimal küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu iqlim normasından aşağı olacaq. BakuCity.az
Cəmiyyət
Heykəl Azərbaycan qadınının səmimiliyini, özünəinamını göstərir BakuCity.az “Bakı heykəlləri” rubrikasında heykəltəraş, Azərbaycanın Xalq rəssamı, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü Fuad Əbdürrəhmanovun “Azad qadın” heykəlindən bəhs edib. Bu məqsədlə paytaxt heykəlləri haqqında geniş məlumata sahib, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadıqova müraciət etdik. Sənətşünasın fikrincə, F.Əbdürrəhmanov...
Cəmiyyət
Bakı məktəbində "qəribə əhvalat" Bakının Qaradağ rayonunda yerləşən 273 saylı orta məktəbdə idman zalı olsa da, şagirdlərin bədən tərbiyəsi dərsində geyimlərinin dəyişdirilməsi üçün xüsusi otaq yoxdur. BakuCity.az-ın məlumatına görə, valideynlər Trend-ə bildirib ki, əvvəl məktəbdə belə bir otaq olsa da, sonradan onu sanitar qovşağa birləşdiriblər. Buna görə də şagirdlər idman geyimlərini burada dəyişməli olurlar ki, bu da valideynlərin narazılığına səbəb o...
Hadisələr
Yaralı xəstəxanaya yerləşdirilib Bakıda zəncirvari yol qəzası baş verib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Dərnəgül şosesində qeydə alınıb. Hərəkətdə olan 24 saylı marşrut avtobusu yolun kənarında dayanan “Hyundai” markalı avtomobillə toqquşub, daha sonra "Kia" markalı maşına dəyib. Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Avtomobillərə ciddi ziyan dəyib...
Ekologiya
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 20-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təz...
Cəmiyyət
Bakıda növbəti dəmir yolu stansiyası açılıb Bu gün Pirşağı dəmir yolu stansiyasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. BakuCity.az AZƏRTAC-a istinadən stansiyadan fotoları təqdim edir: BakuCity.az
Cəmiyyət
"Ehtiyatlı olun, qapılar bağlanır" Xüsusən günün pik saatlarında metroda qatarların gecikməsi, ləngiməsi müşahidə olunur. Buna isə müstəlif səbəblər göstərilir. Sən demə, daha bir səbəb isə insan amilidir. Bəzi sərnişinlərin qatar qapılarını 5-10 saniyə tutub saxlaması ümumi hərəkətə təsir göstərir. Bu da qatarlar arasında intervalın artmasına gətirib çıxarır. Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə doğru" kollektivi bu problemi geniş süjet ət...