Bakıda məktəblər nə vaxt bağlanır?

Bakıda məktəblər nə vaxt bağlanır?

Azərbaycanın ümumtəhsil müəssisələrində, o cümlədən Bakı məktəblərində payız tətilinin vaxtı açıqlanıb.

BakuCity.az-ın məlumatına görə, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində 5 günlük payız tətili olacaq.

Məktəblərdə qış tətilinin müddəti isə 27-31 yanvarda olacaq.

Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili müəyyən edilir.

BakuCity.az

Bakı məktəblər tətil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər