Bakıda ana qızları ilə birləşib ərini və oğlunu döydü

Bakıda ana qızları ilə birləşib ərini və oğlunu döydü

Bakıda döyülmə hadisəsi baş verib.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə Nizami rayonu, Çobanzadə küçəsində qeydə alınıb. Bakı sakinləri Yusif Səlimov və oğlu Tofiq Səlimov döyülmələri ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət ediblər.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Y.Səlimovla oğlunu keçmiş həyat yoldaşı və iki qızı döyüb. İlkin məlumata görə, cütlük bir müddət əvvəl boşanıb.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı döyülmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər