Bakıda 64 yaşlı qadının əkizləri oldu

Bakıda 64 yaşlı qadının əkizləri oldu

Bu gün Bakıda 64 yaşlı qadınla 70 yaşlı kişinin əkiz övladları dünyaya gəlib.

BakuCity.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlük süni mayalanma sayəsində övlad sahibi olublar. Doğuş Bakıda yerləşən özəl xəstəxanaların birində baş tutub.

Uşaqlardan biri qız, digəri isə oğlandır.

Qeyd edək ki, dünyada bu yaşda övlad dünyaya gətirən qadınların sayı 7-yə bərabərdir. 64 yaşında ana olmaq Azərbaycanda və keçmiş sovet məkanında ilkdir.

BakuCity.az

Bakı əkiz yaşlı qadın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər