APOEL "Qarabağ"a qol vuran futbolçusunu Bakıya gətirmir - FOTO

APOEL "Qarabağ"a qol vuran futbolçusunu Bakıya gətirmir - FOTO

Bu gün Kipr APOEL-i oktyabrın 24-də keçirəcəyi avrokubok qarşılaşması üçün Azərbaycana yola düşüb.

BakuCity.az “Report”a istinadən məlumat verir ki, uçuş Bakı vaxtı ilə saat 11:00-da başlayıb. APOEL Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın qonağı olacaq.

Həmçinin oxu: Bakıda “Qarabağ” - APOEL oyununun hakimləri bilindi

Avropa Liqasının qrup mərhələsinin III tur matçı üçün Bakıya Tomas De Vinsentidən başqa bütün futbolçular gələcək. De Vinsenti Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə (2:0) Ağdam komandasının qapısına ilk qolu vurmuşdu. O, həmin qola 34-cü dəqiqədə penaltidən imza atmışdı.

"Qarabağ"la qarşılaşma saat 20:55-də başlayacaq.

APOEL "Qarabağ"a qol vuran futbolçusunu Bakıya gətirmir - FOTO, fotoşəkil-1 APOEL "Qarabağ"a qol vuran futbolçusunu Bakıya gətirmir - FOTO, fotoşəkil-2 APOEL "Qarabağ"a qol vuran futbolçusunu Bakıya gətirmir - FOTO, fotoşəkil-3 APOEL "Qarabağ"a qol vuran futbolçusunu Bakıya gətirmir - FOTO, fotoşəkil-4

BakuCity.az

Bakı APOEL Qarabağ
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər