Sabah Bakıda şimal küləyi əsəcək

Sabah Bakıda şimal küləyi əsəcək

Bakıda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 24-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti təşkil edəcək. 

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 24-25-də Bakıda meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

BakuCity.az

Bakı hava proqnozu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər