Bakıda maşın yolu keçən 3 qızı vurdu, biri altında qaldı - VİDEO

Bakıda maşın yolu keçən 3 qızı vurdu, biri altında qaldı - VİDEO

Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi kameraya düşüb.

BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, üç qız Heydər Əliyev prospektində yolu keçməyə çalışır. Bu zaman orta yoldakı sol zolaqla hərəkətdə olan avtomobil onları vurur.

Həmçinin oxu: Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçdi, qəza törətdi - FOTO + VİDEO

Qızlardan biri avtomobilin altında qalır. Digər ikisi isə yüngül xəsarətlə canını qurtarır.

Qeyd edək ki, həmin ərazi piyadaların keçməsi üçün nəzərdə tutulmayıb. Lakin tez-tez piyadalar yolu keçir və qəzalar baş verir.

BakuCity.az

Bakı yol-nəqliyyat hadisəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər