Prezident İlham Əliyev Mikayıl Çingiz oğlu Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
BakuCity.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə M.Cabbarov İqtisadiyyat naziri təyin edilib.
Qeyd edək ki, sabiq təhsil naziri M.Cabbarov İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009-2013-cü illərdə) vəzifəsində də çalışıb.
BakuCity.az