• Ana səhifə
  • Bakıdan 13 xarici şəhərə ucuz aviabiletlər - QİYMƏTLƏR
16:18, 23 oktyabr 2019

Bakıdan 13 xarici şəhərə ucuz aviabiletlər - QİYMƏTLƏR

Bakıdan 13 xarici şəhərə ucuz aviabiletlər - QİYMƏTLƏR

"Azərbaycan Hava Yolları" (AZAL) “Payız endirimləri” çərçivəsində aviabiletlərə endirim kampaniyası elan edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, 2019-cu il 23-31 oktyabr tarixləri aralığında aviabiletlər uçuşdan 72 saat öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq (qiymətlər Bakıya və geri istiqamətdə gediş-dönüş olmaqla göstərilib):

•Küveyt – 159 avro
•Antalya – 169 avro
•İstanbul – 179 avro
•Dubay – 179 avro
•Almatı – 189 avro
•Ankara – 189 avro
•Tel-Əviv – 229 avro
•Berlin – 269 avro
•Milan – 289 avro
•Paris – 299 avro
•Ciddə – 309 avro
•London – 389 avro
•Nyu-York – 439 avro

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilib.

Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir.

Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.

Uçuşlar 2019-cu il 1 noyabr - 7 dekabr tarixləri aralığında həyata keçiriləcək. Endirimlə əldə olunmuş biletlər geri qaytarılmır və dəyişdirilmir.

BakuCity.az

#Bakı #aviabilet #endirim

Şərhlər

Elan
live comments feed...