Bakıda saxta "Ariel", "Fairy" hazırlanan sexlər aşkarlanıb

Bakıda xarici ölkələrdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə xammal və qablaşdırma paketləri gətirməklə qanunsuz fəaliyyət göstərən sexlər aşkar edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, həmin sexlərdə kustar üsulla pis keyfiyyətli kontrafakt tələbat məhsulları istehsal edilərək müxtəlif satış mərkəzlərinə paylanıb.

Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2090-cı məhəllədə yerləşən fərdi sahibkar Tarverdiyev Ağaverdi İbi oğluna məxsus sexə baxış keçirilərkən yuyucu vasitələrin etiket və qablaşdırma paketlərinin qanunsuz şəkildə istehsal olunduğu müəyyən edilmişdir.

Etiket və qablaşdırma paketlərinin istehsalında istifadə olunan aparat, xeyli sayda yuyucu tozlar, etiketlər, “Domestos”, “Ariel”, “Calgon”, “Elidor”, “Fairy” firmalarına məxsus çoxlu sayda emblemlər aşkar edilərək götürülüb.

Bununla yanaşı, Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin 26-cı korpusunda yerləşən Əliyev Ülvi Sarif oğluna məxsus 1 saylı mağazaya baxış keçirilərkən saxta yolla hazırlanmış müxtəlif yuyucu və təmizləyici vasitələr, qablaşdırma paketləri, etiketlər, ştrix kodlar, qablaşdırma paketlərinin yapışdırılması üçün nəzərdə tutulmuş xüsusi aparat aşkar edilərək götürülüb.

İş üzrə Anar Qasımov, Natiq Novruzov, Vidad Əliyev və Ülvi Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 192.2.1, 197.2, 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində Binəqədi rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bununla yanaşı, Baş İdarə tərəfindən aparılmış istintaq zamanı fiziki şəxs Anar Qasımov, habelə onun təsisçisi olduğu “Uğur-Kimya” MMC, fiziki şəxslər Ülvi Əliyev, Mübariz Abdullayev, Ağaverdi Tarıverdiyev və Vidadi Əliyevin qara mühasibatlıqdan istifadə etmə yolu ilə xüsusi razılıq və ya lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşul olmalarına və bu hərəkətləri ilə vergidən yayınmalarına əsaslı şübhələr müəyyən edildiyindən vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması haqqında məhkəmə tərəfindən qəbul edilmiş qərarlar icraya yönəldilib.

BakuCity.az

Bakı qanunsuz sexlər yuyucu tozlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
28 nəfərlik restoranı da var Bakı-Tbilisi-Ankara istiqaməti üzrə sərnişin daşınmasını həyata keçirən qatar 10 vaqondan ibarətdir. BakuCity.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Baku.ws-ə bildirilib.  Məlumata görə, onlardan biri 28 nəfərin eyni vaxtda yemək yeyə biləcəyi restoran-vaqondur. Digər 9 vaqonda ümumilikdə 216 sərnişin üçün yer var. Onlardan 6-sı ikinci sinif vaqonlardır, biri xüsusilə əlil araba...
Cəmiyyət
Şübhəli şəxs qismində saxlanılıblar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda vəzifəli şəxslərin saxlanılması ilə bağlı açıqlama yayıb. BakuCity.az-ın məlumatına görə, açıqlamada deyilir: "Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol ver...
Cəmiyyət
"Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır" Yeni tikilən binaların ərazisinin 25 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulur. BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bildirib: “Dövlət Ekspertiza İdarəsində ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən...
Hadisələr
Bakıda uşaq poliklinikasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb. Yanğın yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb. BakuCity.az
İdman
“Hoffenhaym”ın yetirməsidir 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni oyunçu çağırılıb. BakuCity.az Apasport.az-a istinadən verdiyi məlumata görə, “Hoffenhaym”ın müdafiəçisi Kaan Özkaya ilk dəfə yığmamıza dəvət edilib. Yeni milliləşdirilən 18 yaşlı oyunçu “Hoffenhaym” futbol məktəbinin yetirməsidir. Mannheymdə anadan olan Özkayanın Almaniya və Türkiyə vətəndaşlığı olub. Gənc müdafiəçi ötən ilin yayında “Hoffenhaym”ın U-17 komandasından U-1...
Şəkil. Binəqədi rayonu, 8-ci mikrorayon, 12 nömrəli kvartal
İşçi Qrup yaradılıb Bakıda yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası yaradılır. BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geodeziya və Kartoqrafiya müəssisəsinin direktoru Nazim İsmayılov bu gun nazirlikdə keçirilən mətbuat konfransında deyib: “Respublika ərazisindəki mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə ETSN tərəfindən vizual nəzarət sisteminin və...
Cəmiyyət
"Köhnə borular deşiləndə taxta çivlərdən istifadə edib suyumuzu götürürdük. Bəs indi nə edək?” "Yaşma bağları" yaşayış massivinin sakinləri yenə də susuzluqdan şikayət edirlər. Sakinlərin BakuCity.az-a bildirdiyinə görə, haradasa bir aydan çoxdur ki, su üzünə həsrət qalıblar: "Ötən ilin oktyabr ayında müvafiq qurumlara şikayət etdik, noyab ayında gəlib baxdılar və dedilər ki, sovet dövründən qalma çürük boruları yeni plastik borularla əvəz edəcəklər. Sumqa...
Cəmiyyət
Ümumilikdə 20 vaqon gətiriləcək Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək. BakuCity.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a deyib. Onun sözlərinə görə, ümumilikdə 20 vaqonun gətirilməsi gözlənir: "Yeni vaqonların istehsalı eyni zamanda aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənilir. Digər vaqonlar...
Mədəniyyət
CinemaPlus-da “Doktor Dulittlin heyrətamiz səyahəti”  "28 Mall" Ticarət Mərkəzində yerləşən "CinemaPlus" Premium-klass Kinoteatrında “Doktor Dulittlin heyrətamiz səyahəti” macəra filminin premyeradan öncə nümayişi baş tutub. BakuCity.az xəbər verir ki, tədbir zamanı cəngəllik mühiti bütün kinoteatrı bürüdü. Heyvanlar və bitkilər cəngəlliyin vəhşi ruhunu təcəssüm etdiriblər. Gecədə diqqət çəkən digər məqam isə qonaqların zövq aldığı quşlarla şou proqram olu...