Bakıda ümumi yığıncaq: Ramiz Mehdiyev AMEA prezidenti oldu

Bakıda ümumi yığıncaq: Ramiz Mehdiyev AMEA prezidenti oldu

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib. 

BakuCity.az xəbər verir ki, yığıncaqda Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA rəhbərliyi iştirak edirlər.

Ümumi yığıncaqda AMEA prezidenti vəzifəsinə seçki keçirilib.

Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə R.Mehdiyevin namizədliyini təklif edib. Səsvermə nəticəsində R.Mehdiyev Akademiyanın prezidenti seçilib.

Prezident İlham Əliyev müvafiq sərəncamla Ramiz Mehdiyevi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edib.

Qeyd edək ki, AMEA prezidenti A.Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb.

BakuCity.az

Bakı Ramiz Mehdiyev AMEA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər