Bakıda sahibkar iranlı həkimi döydü - YENİLƏNİB + TƏFƏRRÜAT

Bakıda sahibkar iranlı həkimi döydü - YENİLƏNİB + TƏFƏRRÜAT

Bakıda iranlı həkimin döyülməsi ilə bağlı təfərrüatlar məlum olub. 

BakuCity.az-ın məlumatına görə, bu barədə APA-ya danışan Behnam Kazemi qeyd edib ki, o, "Starmed" klinikasının baş həkimi və cərrahıdır. Onu döyən isə klinikanın yerləşdiyi binanın sahibidir:

"Bizim aramızda baş verən mübahisəyə onun heç bir əsas gətirmədən məni binadan çıxarması səbəb oldu. Mən icarə pulunu ödəmişəm. Buna baxmayaraq o, bütün avadanlıqlarımı binadan çölə atıb. Bu azmış kimi bir də məni döyüb".

B.Kazemi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyini qeyd edib.

10:26

Bakıda iranlı həkim döyülüb.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

İran vətəndaşı, 1969-cu il təvəllüdlü Kazımi Behnam Əli oğlu Yasamal rayon Polis Şöbəsinə müraciət edərək ötən gün həkim işlədiyi “Starmed” klinikasında Bakı şəhər sakini 1945-ci il təvəllüdlü Xəlil Musayev tərəfindən döyüldüyünü bildirib.

Araşdırma aparılır.

BakuCity.az

Bakı həkim döyülmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər