"Qarabağ" Bakıda ölüm-dirim savaşına çıxır

"Qarabağ" Bakıda ölüm-dirim savaşına çıxır

Bu gün “Qarabağ” Bakıda UEFA Avropa Liqasının qrup mərhələsində üçüncü oyununu keçirəcək.

BakuCity.az xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində Kiprin APOEL klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq.

Bu, komandaların cari avrokubok mövsümündə üçüncü qarşılaşması olacaq. Bundan əvvəl Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində nikosiyalılar ağdamlıları turnirdən kənarlaşdırmışdılar (1:2; 2:0).

Hazırda “Qarabağ” mübarizə apardığı A qrupunda 2 oyundan 3 xalla ikincidir. “Sevilya” maksimum nəticə göstərib.

BakuCity.az

Qarabağ APOEL
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər