Bakıda motosiklet aşdı, sürücü dirəyə çırpılıb öldü - VİDEO

Bakıda motosiklet aşdı, sürücü dirəyə çırpılıb öldü - VİDEO

Bakının Səbail rayonu, Qurban Abbasov küçəsində baş vermiş dəhşətli yol qəzası kameralara düşüb.

BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 8-də qeydə alınıb.

30 yaşlı Elvin İsmayılovun idarə etdiyi motosiklet Bayıl qəsəbəsi istiqamətində Qurban Abbasov küçəsinə daxil olmaq istəyib. Bu zaman sərt döngədə motosikletçi idarəetməni itirib. Nəticədə yolun kənarındakı bardürə dəyən motosiklet aşıb. Sürücü isə işıq dirəyinə dəyib.

Sürücü hadisə yerindəcə həyatını itirib.

BakuCity.az

Bakı motosiklet qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər